DÜNYA

Fransa neft-qaz hasilatını 2040-cı ildə dayandıracaq
07 SENTYABR
149

Fransa neft-qaz hasilatını 2040-cı ildə dayandıracaq

2017-09-07 15:34:00

Fransa neft və təbii qaz hasilatını 2040-cı ildə dayandırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, Fransa hökumətinin yeni qanun layihəsinə görə, ölkənin quru və bütün dəniz sərhədləri daxilində neft-qaz axtarışı və istehsalı fəaliyyətinə 2040-cı ildə dayandırılması nəzərdə tutulur.

Fransa Prezidenti Emmanuel Makron ölkəni 2050-ci ilə qədər karbondan təmizləmək istəyir. Nazirlər Kabinetinə təqdim olunan layihədə Fransanın şirkətlərə neft və qaz axtarışına dair icazələr verməməsi də öz əksini tapıb. Mövcud icazələr isə 2040-cı ildə başa çatmaq şəri ilə mərhələli şəkildə məhdudlaşacaq.

Ölkədə benzin və dizellə işləyən nəqliyyat vasitələrinin satışının da 2040-cı ildə qadağan edilməsi nəzərdə tutulur.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293