DÜNYA

Dünyanın ən zəngin adamı dəyişib
31 AVQUST
488

Dünyanın ən zəngin adamı dəyişib

2017-08-31 15:21:00

İspaniyanın “Inditex”şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

Fins.az-ın məlumatına görə,“Inditex”-in səhmlərinin qiymətinin kəskin artması A.Orteqaya “Microsoft”un yaradıcısı Bill Geytsi üstələməyə imkan verib.

“Forbes”un hesablamalarına  əsasən, hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib.

“Inditex”in başçısı bundan əvvəl iki dəfə,  2015 və 2016-cı illərdə "Forbes" jurnalının reytinqdə 1-ci yerə yüksəlsə də, qısa müddət ərzində birincilik yenidən B.Qeytsə keçib.  

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293