DÜNYA

ABŞ-da ehtiyatlar azalsa da, neft ucuzlaşıb
31 AVQUST
160

ABŞ-da ehtiyatlar azalsa da, neft ucuzlaşıb

2017-08-31 12:37:00

ABŞ-ın kommersiya neft ehtiyatları 19-25 avqust həftəsində 5,392 mln. barel və ya 1,16% azalaraq 457,78 mln. barelə kimi geriləyib.

Fins.az "Report"-a  istinadən xəbər verir ki, bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi tərəfindən verilib.

"Reuters" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər neft ehtiyatlarının 1,75 mln. barel və ya 0,38% azalacağını ehtimal edirdilər. Benzin ehtiyatları isə hesabat dövründə dəyişməyəcəyi proqnozlarına qarşı 0,035 mln. barel və ya 0,01% artaraq 229,9 mln. barelə çatıb.

ABŞ-da neft hasilatı isə hesabat dövründə 2 min barel/gün və ya 0,02% artaraq 9,530 mln. barel/günə çatıb.

"Report" xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalması "Brent" markalı neftin qiymətinin artmasına səbəb olmayıb. "Brent" 2%-ə yaxın ucuzlaşaraq 50,7 dollar/barelə düşüb. Neftin ucuzlaşmasına səbəb "Harvey" qasırğasının neftayırma zavodlarının fəaliyyətinə mane olması və yay mövsümünün bitməsi amilləri göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294