DÜNYA

Dünyanın ən böyük enerji şirkəti yaradılır
29 AVQUST
271

Dünyanın ən böyük enerji şirkəti yaradılır

2017-08-29 19:06:00

Çinin ən böyük kömür mədən administratoru Shenhua Group Corp Ltd, ölkənin beş ən böyük enerji istehsalçılarından biri olan “China Guodian Group” şirkətini satın alaraq, 278 milyard dollar dəyərində və dünyanın ən böyük enerji şirkətini meydana gətirəcək.

Fins.az xəbər verir ki, Şirkətin birləşdirilməsində məqsəd, borclu və səmərəsiz işləyən dövlət enerji sektorunu yeniləməyə, bu sahədəki şirkət sayısına nizam gətirməyə və enerji istehsalı sahəsində rəqabət gücünə sahib təşkilatlar yaratmağa çalışmaqdır.

Şirkət bildirib ki, əsas şirkətləri “China Guodian Group” şirkətinin tərkibinə katılacaq və yeni şirkətin adı “National Energy Group” adlandırılacaq.

Qeyd edək ki, yeni quruluşun enerji tutumunun 225 gigawattı ötəcəyi bildirilib. Beləliklədə yeni şirkət “Fransız EDF” və “İtalyan Enel” şirkətlərini geridə qoyaraq dünyanın ən böyük enerji və paylama şirkəti olacaq.

Həmçinin, şirkətin sahib olacağı 33 gigawatt tutumla dünyanın ən böyük külək enerjisi istehsalçısı və ən böyük kömür istehsalçısı olacağı da vurğulanıb.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293