DÜNYA

Yapon astronavt Beynəlxalq Kosmik Stansiyaya yollanacaq
25 AVQUST
230

Yapon astronavt Beynəlxalq Kosmik Stansiyaya yollanacaq

2017-08-25 14:27:00

Yapon astronavt Norişiqe Kanai Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanacaq.

Fins.az xəbər verir ki, N.Kanainin dekabrda BKS-yə Rusiyanın “Soyuz” kosmik gəmisində yollanacağı bildirilir. Qırx yaşlı N.Kanai əvvəllər Yaponiya dəniz özünümüdafiə qüvvələrində həkim kimi xidmət edib. Onun BKS-də 6 ay qalması nəzərdə tutulur.

Tokioda təşkil olunan mətbuat konfransında N.Kanai bildirib ki, BKS-də olduğu dövrdə kosmik mühitin canlı orqanizmlərə təsirini öyrənəcək. Bundan əlavə, o, dərman preparatlarının hazırlanması üçün proteinin kristallaşması ilə də məşğul olacaq.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294