DÜNYA

Dünyanın ilk rəsmi rəqəmsal pul vahidi yaradılır
24 AVQUST
319

Dünyanın ilk rəsmi rəqəmsal pul vahidi yaradılır

2017-08-24 15:28:00

Estoniya yeni rəqəmsal pul vahidi yaradır. Bu, kripto pulu inkişaf etdirmək mövzusunda ilk rəsmi addımdır.

Belə ki, “Estoniya e-Residency”nin direktoru Kaspar Korjus bir kripto pul reallaşdırmaq istədiklərini açıqlayıb. Bu rəqəmsal pul vahidinin nə zaman reallaşacağı haqqında məlumat verməyən direktor, pulun dəyərinin müəyyən edilməsi istiqamətində işlərin başladığını bildirib.

Estoniya rəsmi kripto pul vahidi “Estcoin”i yaratmaq üçün işlərə başlayıb. “Estcoin”in pul vahidindən gələn pulun yeni texnologiya investisiyalarında istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, Estoniya hökuməti rəqəmsal pul vahidi ilə əlaqədar texnologiya firmalarıyla fikir mübadiləsinə başlayıb.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296