DÜNYA

“LUKoil” bu ölkədə qaz layihəsinin əsas obyektlərini işə salıb
22 AVQUST
251

“LUKoil” bu ölkədə qaz layihəsinin əsas obyektlərini işə salıb

2017-08-22 17:51:00

Rusiyanın “LUKoil” şirkəti Özbəkistanda Cənub-qərbi Qissar layihəsi çərçivəsində əsas istehsalat və texnoloji obyektlərini işə salıb. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İstismara verilən qurğulara illik gücü 4,4 mlrd. kubmetr olan kompleks qaz təmizləmə qurğusu, ilkin qaz təmizləmə qurğusu, eyni zamanda 4 qaztoplama məntəqəsi daxildir.

“Bu obyektlərin istismara verilməsi nəticəsində “Qissar” yataqlar qrupunda qaz hasilatı layihədə nəzərdə tutulan həcmə, yəni gündəlik təxminən 14 mln. kubmetr, illik 5 mlrd. kubmetrə çatdırılacaq. Hazırda burada 37 hasilat quyusu istismardadır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “LUKoil” Cənub-qərbi Qissar layihəsinə 2008-ci ildə daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285