DÜNYA

ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adı açıqlanıb
22 AVQUST
313

ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adı açıqlanıb

2017-08-22 14:53:00

Ekspertlər ABŞ-la Çin arasında başlayan ticarət müharibəsində daha çox Çinin zərər görəcəyini düşünürlər. Fins.az "Report"-a istinadən xəbər verir ki, ABŞ-ın "The Conference Board" analitik mərkəzi statistik göstəricilərin təhlili nəticəsində belə bir qənaətə gəlib. Mərkəzin araşdırmasına görə, Çinə mal ixrac edən ölkələr ticarət müharibəsindən nisbətən az zərər görəcək.

Çinin əsas ticarət tərəfdaşları olan ABŞ və Avropa İttifaqının (Aİ) bu ölkəyə ixrac etdiyi əlavə dəyərli məhsulların ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 0,7% və 1,6% təşkil edir. Çindən ABŞ-a olan əlavə dəyərli məhsulların ixracı isə ÜDM-in 3%-nə bərabərdir. "The Conference Board"ın baş iqtisadçısı Erik Lund (Erik Lundh) hesab edir ki, ticarət statistikası ABŞ-Çin ticarət qarşıdurmasında Amerika iqtisadiyyatı üçün önəmli təhlükənin olmadığını göstərir. Bununla yanaşı iqtisadçı bildirib ki, tam miqyaslı ticaərt müharibəsi hər iki ölkə üçün zərərli olacaq: "Ticarətin həcmində azalma ABŞ-da inflyasiyanın artmasına gətirib çıxaracaq ki, bu da istehlakçılara mənfi təsir göstərəcək".

Qeyd edək ki, ötən həftə istefa etməmişdən əvvəl ABŞ-ın baş strategiya mütəxəssisi Stiv Bennon (Steve Bannon) "American Prospect" jurnalına müsahibəsində bildirib ki, "biz Çinlə ticarət müharibəsindəyik. 25-30 il sonra bizdən birimiz hegemon ölkə olacaq. Əgər indi tədbir görməsək, qalib onlar olacaq". Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Çinlə ticarət kəsirinin həcmi 347 mlrd. dollar olub, bu da ümumi kəsirin (500,6 mlrd. dollar) 69,3%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293