DÜNYA

Avrozonada illik inflyasiya sabit qalıb
18 AVQUST
264

Avrozonada illik inflyasiya sabit qalıb

2017-08-18 16:05:00

Bu ilin iyul ayında avrozonada illik inflyasiya iyunla müqayisədə dəyişməz qalaraq 1,3% təşkil edib. Avropa İttfaqında da illik inflyasiya iyundakı kimi 1,5% səviyyəsində qalıb.

Qeyd edilir ki, 2016-cı ildə Avropa İttifaqı və avrozonada inflyasiya kritik həddə - 0,2% səviyyəsində olub.

İyulda illik inflyasiya 2017-ci ilin iyun ayı ilə müqayisədə 4 avropa ölkəsində aşağı düşüb, 8-də sabit qalıb və 16-da yüksəlib. İrlandiya və Kiprdə müvafiq olaraq 0,2% və 0,1% deflyasiya qeydə alınıb, Bolqarıstan və Finlandiyada qiymətlər 0,6% artıb. Ən yüksək inflyasiya tempi Litva (4,1%), Estoniya (3,9%), Latviya və B.Britaniyada (2,6%) qeydə alınıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285