DÜNYA

Misir hökuməti qaz bazarını liberallaşdırmağa başlayır
11 AVQUST
132

Misir hökuməti qaz bazarını liberallaşdırmağa başlayır

2017-08-11 11:54:00

Misir hökuməti təbii qaz bazarını liberallaşdırmaq məqsədilə iqtisadiyyatın bu sektorunda özəl şirkətlərə imkan yaradıb. Yerli KİV-lərin yaydığı məlumata görə, Prezident Əbdülfəttah əs-Sisi ölkədə qaz bazarını tənzimləyən qanun imzalayıb.

Fins.az xəbər verir ki, qanun özəl şirkətlərə təbii qaz ticarəti bazarına daxil olmaq, habelə onun idxalını həyata keçirmək imkanı yaradır. Söhbət təkcə ticarətdən deyil, həm də özəl şirkətlərə qaz kəməri və şəbəkə infrastrukturundan istifadə etməklə təbii qazı birbaşa göndərmək, nəql etmək, saxlamaq, satmaq imkanı yaradır. Nəticədə qaz bazarında şirkətlərə daha çox şərait yaradılacaq və bu da qiymətləri optimallaşdırmağa imkan verəcək.

Beləliklə, Misir hökuməti qaz bazarının liberallaşdırılmasından xeyli dərəcədə bonus əldə etməyə ümid bəsləyir. Bu, ölkədə qaz hasilatına investisiyaları artırmağa imkan yaradacaq. Bundan başqa, qanunvericilikdə aparılan dəyişiklik Misirin Aralıq dənizində hasil olunan təbii qazın ticarəti üzrə regional qovşağa çevrilməsinə kömək edəcək.

Qeyd edilir ki, yeni qaydalar 2018-ci ilin fevralında qüvvəyə minəcək və yeni qanunun müddəlarının reallaşdırılması üçün xüsusi dövlət orqanı yaradılacaq.

©Azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288