DÜNYA

OPEC, neftə tələbat proqnozlarını artırıb
10 AVQUST
178

OPEC, neftə tələbat proqnozlarını artırıb

2017-08-10 16:18:00

OPEC, 2017 və 2018-ci illərə dair neft tələbi proqnozlarını artırıb.

"Marja" xəbər verir ki, Təşkilatın Vyanadakı katibliyinin yaydığı hesabata görə, OPEC, 2017 və 2018-ci il üçün neft təklifi proqnozlarını hər il üçün gündəlik təxminən 200 min barrel artırıb. 

Liviyanın istehsalındakı artım qrupun istehsalını ötən ay bu ilin ən yüksək səviyyəsinə qaldırıb. 

OPEC və Rusiya tərəfindən tətbiq edilən istehsalın azaldılması razılaşması neft qiymətlərini dəstəkləmək məsələsində uğursuz olub.

ABŞ-da neft ehtiyatlarının azalması ilə əlaqədar olaraq Brent neftin qiyməti bu ay 50 dolların üzərində sabitlik qazanıb.  

OPEC, 2017 və 2018 üçün qlobal neft tələbində proqnozlarını hər iki il ərzində gündəlik təxminən 100 min barrel artırıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288