DÜNYA

Rusiya dollardan imtina edir
10 AVQUST
1173

Rusiya dollardan imtina edir

2017-08-10 15:01:00

"Rusiya hökuməti dollardan imtina etməyə cəhd göstərə bilər. Hökumət bunu tez bir zamanda həyata keçirərsə, yaranacaq bəzi artıq xərcləri ödəmək lazım gələcək". Fins.az xəbər verir ki, belə bir açıqlama ilə Avropa və Yenidənqurma və İnkişaf Bankının baş iqtidaçısı Sergey Qruiyev çıxış edib.

Sergey Qruiyev bildirib ki, dollarla olan maliyyə alətlərinin rubla dəyişdirilməsi böyük səy tələb edir: "Bunun üçün makroiqtisadiyyatın gücləndirilməsi, inflasiyanın aşağı həddə gətirilməsi və maliyyə bazarlarının uzun müddətli inkişafını təmin etmək lazımdır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabok ABŞ-ın sanksiyalarına cavab olaraq ölkəsindəki müəyyən ödəmə terminallarında dolların istifadəsinin məhdudlaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini istisna etməmişdi.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288