DÜNYA

TAP-ın Adriatik dənizinin altından çəkilişi 2018-ci ilin əvvəlində başlayacaq
08 AVQUST
178

TAP-ın Adriatik dənizinin altından çəkilişi 2018-ci ilin əvvəlində başlayacaq

2017-08-08 11:24:00

“Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya ərazisindəki hissəsinin yarısı inşa edilib. İşlərin intensiv xarakter alacağı qarşıdakı iki ildə Albaniya iqtisadiyyatına 800 mln. avro pul yönəldiləcəyini gözləyirik”. Fins.az-ın Albaniya Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu TAP-ın Albaniya üzrə ölkə meneceri Şkölqim Bozqo (Shkëlqim Bozgo) deyib.

Ş.Bozqonun sözlərinə görə, TAP-a ümumilikdə 1,5 mlrd. avro investisiya yatırılacaq: “2016-cı ilin əvvəlindən işlər yekunlaşana qədər TAP-a 1,5 mlrd. avro investisiya yatırılması planlaşdırılır. 2017-ci və 2018-ci illər isə çox intensiv illər olacaq və hər il üçün layihəyə 400 mln. avro yatırılmasını gözləyirik”.

TAP rəsmisi deyib ki, bu, Albaniya ÜDM-nin 4%-i deməkdir. Həmçinin, 2 000-ə yaxın alban layihədə işlə təmin edilib: “Layihənin dəniz altındakı işlərinin başlanması 2018-ci ilin əvvəli üçün planlaşdırılır və bir neçə il davam edəcək. Texnoloji inkişafı nəzərə alınmaqla bu, ən asan hissəsidir. Bundan başqa, 2019-cu ildə kəmərin sınağı keçiriləcək”.

Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297