DÜNYA

Bu ölkənin valyuta ehtiyyatı 3 trilyon 81 milyard dollardır
07 AVQUST
1133

Bu ölkənin valyuta ehtiyyatı 3 trilyon 81 milyard dollardır

2017-08-07 14:54:00

Çinin valyuta ehtiyatı, yuanın möhkəmlənməsi və iqtisadi inkişafın sabitliyini qoruması ilə, ardıcıl altıncı ayda da artımını qeyd edib.

Fins.az xəbər verir ki,  Çin Mərkəzi Bankı (PBOC) tərəfindən Bazar ertəsi günü verilən məlumata görə, Çinin valyuta ehtiyatları İyul ayında 23.9 milyard dollar artaraq 3.081 trilyon dollara yüksəlib.

Ekspertlərin proqnozu göstəricinin 3.075 trilyon dollar səviyyəsində olacağı istiqamətində idi.

Çindən kapital çıxışları azalıb. Yuan güclənərkən PBOC-ın artıq müdaxiləsinə ehtiyac qalmır.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287