DÜNYA

Bu ölkədə dollar bir gündə 21% bahalaşıb
03 AVQUST
811

Bu ölkədə dollar bir gündə 21% bahalaşıb

2017-08-03 11:42:00

Venesuelanın "qara bazar"ında ABŞ dollarının məzənnəsi ötən gün 21% artaraq 14 800 bolivara yaxınlaşıb. 

 Rusiya mətbuatı xəbər verir ki, milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub. 

Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.
Qeyd edək ki, Venesuela dolların rəsmi məzənnəsi 10 bolivar, əlavə mübadilə sistemində isə 2 900 bolivar təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287