DÜNYA

Böyük neft şirkətinin zərəri artıb
03 AVQUST
109

Böyük neft şirkətinin zərəri artıb

2017-08-03 10:48:00

ABŞ-ın ən böyük neft şirkətlərindən olan "ConocoPhillips" bu ilin ikinci rübünə dair balansını açıqlayıb.

Fins.az xəbər verir ki, "ConocoPhillips"dən verilən açıqlamada, keçən ilin ikinci rübündə 1,07 milyard dollar zərər edən şirkətin, bu ilin eyni dövründə də 3,44 milyard dollar zərər etdiyi qeyd olunub.

Şirkətin ötən ilin ikinci rübündə bir səhmə zərəri 0,86 dollar olduğu halda, bu ilin müvafiq dövründə 2,78 dollar olub

Digər tərəfdən, açıqlamada, "ConocoPhillips"in bu ilin ikinci rübündəki dövriyyəsinin, ötən ilin eyni dövrü ilə müqayisədə, 59 faiz artaraq 8,88 milyard dollara çatdığı bildirilib. Şirkət, keçən ilin aprel-iyun dövründə 5,57 milyard dollar dövriyyə açıqlamışdı.

Həmçinin Şirkətt, kapital və investisiya xərclərini ildən ilə 9,7 faiz azaltdığını açıqlayıb. Buna görə, keçən ilin ikinci rübündə 1,13 milyard dollar olan bu rəqəm, bu ilin ikinci rübündə 1,02 milyard dollara geriləyib.

"ConocoPhillips"in ikinci rübdə dövriyyəsinin gözləntilərin üzərində çıxması səhmlərinə müsbət əks olunub

 Nyu-york Birjasında şirkətin səhmlər 43,70 dollardan 44,65 dollara qədər yüksəlib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287