DÜNYA

Yerin peykində 16 katrilyonluq şirkət qurulacaq
18 İYUL
254

Yerin peykində 16 katrilyonluq şirkət qurulacaq

2017-07-18 10:02:00

Yer planetinin peyki Ayda 16 katrilyon dəyərində olduğu təxmin edilən mineral mədənlər bəzi kosmik şirkətlərin marağını cəlb etməyə başlayıb.

Fins.az xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən “Moon Ekspress” şirkəti 2020-ci ildən etibarən Aydakı mədənlərdən külli miqdarda qazanc götürməyi planlayıb.

2017-ci ilin sonuna qədər ilk kosmik gəmilərini Aya göndərməyə hazırlaşan şirkət hər şeyin plana uyğun getdiyi təqdirdə 2020-ci ildən etibarilə Aydakı mədənləri emal etməyə başlayacaq.

16 katrilyon dollarlıq mədənin izində (16.000.000.000.000.000$)

Qurulduğu gündən bu yana tək hədəfi Ayda mədən sektoru qurmaq olan “Moon Express” bu işə necə başlayacağı ilə bağlı bilgiləri bütün detalları ilə birlikdə internet saytında yerləşdirib.

Şirkət bu iş üçün “MX-1E” adlı hidrogen-peroksiddən enerji alan, çox incə quruluşa malik kosmik robot maşını hazırlayır. Bununla da “Moon Express” “Kosmosun Ayfonu” adlandırılan “MX-1” kosmik gəmisi ilə birlikdə Aydakı helium3 kimi dəyərli mineralları və suları kəşf və emal etmək niyyətindədir.

© Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286