DÜNYA

İran çoxmilyardlı neft-qaz investisiyalarına hazırlaşır
14 İYUL
400

İran çoxmilyardlı neft-qaz investisiyalarına hazırlaşır

2017-07-14 12:19:00
İranın neft sektoruna xarici investisiyaların kiçicik axını beş il ərzində leysana çevrilə bilər. Fins.az-ın verdiyi xəbərə görə, İran höküməti hazırda neft-qaz sənayesində onlarla layihə müzakirə edir.

İranın neft sənayesi naziri Əmir Hüseyn Zamaniniyyənin dediyinə görə, müqavilələrin ümumi məbləği 200 milyard dollara çata bilər. Müqavilələr çox tez bir zamanda, hətta yaxın bir neçə həftə ərzində imzalana bilər.

İranın "yağlı neft piroqu"ndan daha böyük parşasını qoparmaq üzrə 27 şirkət çalışır. Onlar arasında Rusiyanın nəhəngləri olan “Gazprom” və “Lukoil” da var.

“Royal Dutch Shell” və İtaliyanın “Eni” neft-qaz şirkəti Tehranla artıq ön razılaşma imzalayıb. Fransanın “Total” və Çinin CMPC şirkətləri ötən həftə “Cənubi Fars” adlı nəhənq qaz yatağının ekspluatasiyasına dair çoxmilyardlı müqavilə bağlayıblar. Bu İranın neft-qaz sektorunda ötən ilin yanvarında baş tutan sanksiyaların zəifləməsindən sonra ilk iri müqavilədir.

Maraqlısı odur ki, nazir danışıqlara qatılan BP və Malayziyanın “Petronas” şirkətləri kimi “əjdahaların” siyahısını sadalayarkən heç bir ABŞ şirkətinin adını çəkməyib. Yəqin burada təəccüblü bir şey yoxdur, çünki Vaşınqtonla Tehran arasında 2015-ci ildə nüvə proqramı üzrə və sanksiyaların zəifləməsi üzrə razılıqlar əldə ediləndən sonra vəziyyət hələ də mürəkkəb olaraq qalır.

Artıq imzalanmış əqdlər arasında İranın “National Oil Company” energetika şirkəti ilə Fransanın “Total” şirkətinin başçılıq etdiyi konsorsium arasında 20 illik 5 milyardlıq müqavilə xüsusilə diqqət çəkir. Konsorsiumun səhmlərinin 50.1%-i “Total”-a, 30%-i Çinin CNPC şirkətinə, qalan 19.9%-i isə İranın “Petropars” şirkətinə məxsusdur. Fransa şirkətinin nümayəndəsi bildirib ki, iranlılara ilk qaz 2021-ci ildə veriləcək. “Total”dan layihəyə ilkin ödəniş  1 milyard dollar kimi qiymətləndirilir.

“Total”-ın icraçı direktoru Patrik Puyanne sazişi imzaladıqdan sonra bunları söyləyib: “Mən mütləq İrana geri dönəcəm, çünki bu ilk müqavilədir, bunun ardınca hələ nə qədər müqavilələr gələcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285