DÜNYA

Bu ölkədə varlılar daha çox vergi ödəyəcəklər
14 İYUL
212

Bu ölkədə varlılar daha çox vergi ödəyəcəklər

2017-07-14 11:22:00

Cənubi Koreyanın yeni Prezidenti Mun Çje İn vergi sisteminin nəzərdə tutulan islahatı haqqında məlumat verib.

Fins.az “vergiler.az” saytına istinadla bildirir ki, hökumət ölkə iqtisadiyyatında dominantlıq edən ən varlı vergiödəyicilərindən tutulan vergini artıracaq.

Yerli KİV-in məlumatına əsəsən, dövlət başçısı əvvəlki hakimiyyət tərəfindən yürüdülən “ədalətsiz” vergi siyasətinin kökünü kəsmək niyyətindədir.

Bundan əlavə, hökumət Cənubi Koreyada yeni vergi sisteminin işlənilib hazırlanması üçün komitə təşkil edib.

Gözlənildiyinə görə, yeni vergi sistemi aşağı və orta gəlirli vergiödəyiciləri üçün daha geniş güzəştləri əhatə edəcək. Təkliflər arasında əhalinin vergi tutulan gəlirlərindən icarə ödənişlərinin müəyyən hissəsinin çıxılması da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289