DÜNYA

İtaliya İranda yüksək sürətli dəmir yolu tikəcək
14 İYUL
178

İtaliya İranda yüksək sürətli dəmir yolu tikəcək

2017-07-14 10:52:00

İran və İtaliyanın dövlət dəmir yol şirkətləri əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Fins.az-ın məlumatına görə, sənəddə qeyd olunan əsas bəndlərdən biri İranda yüksək sürətli dəmir yolunun tikintisidir.

Memoranduma əsasən, İtaliya tərəfi İranda ilk mərhələdə 135 kilometr uzunluğunda Arak və Qum şəhərləri arasında yüksək sürətli dəmir yolu tikəcək.

Bundan başqa, tikinti layihəsinin ikinci mərhələsində Tehran və Həmədan şəhərləri arasında 320 kilometrlik dəmir yolunun tikintisi nəzərdə tutulur.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288