DÜNYA

Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq
13 İYUL
520

Dünyada ilk ofşor və heyətsiz gəmi suya buraxılacaq

2017-07-13 15:40:00

Fransanın “Bourbon” və onun Norveç tərəfdaşı “Automated Ships Ltd” şirkəti tarixdə ilk ofşor və heyətsiz gəminin layihəsini hazırlayıb və suya buraxmağı planlaşdırırlar.

Bu yaxınlarda hər iki tərəf qarşılıqlı razılaşma memorandumu imzalayıb. Tərtibatçılar avtonom ofşor gəminin ilkin prototipini yaradacaqlar. Layihənin reallaşdırılmasına Norveçin “Kongsberg” şirkəti də qoşulacaq.

Unikal “Hrönn”  layihəsinin əsas icraçısı ofşor gəmilərin istismarında böyük təcrübəsi olan “Bourbon” şirkətidir.

“Hrönn” layihəsinin gəmisi tək gövdəli olmaqla neft və qaz hasilatı sahəsində köməkçi əməliyyatların aparılması, tədqiqat işləri, həmçinin balıqçılıq sənayesi üçün nəzərdə tutulub. Heyətsiz gəminin digər tipli gəmilərlə birlikdə istismarı planlaşdırılır.

Layihənin büdcəsi və suya endirmə tarixi hələ açıqlanmır.

© seanews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285