DÜNYA

OPEC+ anlaşması effektivliyini itirir
13 İYUL
251

OPEC+ anlaşması effektivliyini itirir

2017-07-13 14:52:00

OPEC-in hasilatı artırması və qlobal neft ehtiyatlarının azalması gözləntilərinin reallaşmaması neft bazarının tarazlığını tapması ehtimallarını azaldıb. 

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyi (IEA) məlumat yayıb. 

Agentlik bildirir ki, qlobal neft tələbinin artması və OPEC-in hasilatı azaltması nəticəsində neft ehtiyatlarında azalma gözlənildiyi halda, ilin əvvəlindən tətbiq edilən OPEC+ anlaşmasının effektivliyi minimal səviyyəyə enib. 

"Neft bazarının tarazlıq əldə etməsi üçün ehtiyatların dayanıqlı şəkildə azalması lazımdır. Lakin hələlik əldə etdiyimiz göstəricilər bunu təsdiqləmir. Bir az gözləmək lazımdır", - IEA qeyd edir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288