DÜNYA

Rusiya bankları lombarda çeviriləcəkmi?
13 İYUL
188

Rusiya bankları lombarda çeviriləcəkmi?

2017-07-13 12:47:00

Rusiya banklarının son illərdə girovlu kreditləşməyə meyllənməsi ölkənin bank sisteminin böyük bir lombarda çevrilməsinə yol aça bilər. Fins.az xəbər verir ki, bu fikri Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina XXVI Beynəlxalq Maliyyə Konqresində səsləndirib.

Baş bankir girovlarla bağlı problemin yaranmasından danışıb: "Rusiya bank sistemində kreditlərin əsas hissəsi girovludur. Girov əlbəttə ki, kredit götürənin borcunu ödəməsi üçün stimullaşdırıcı amildir. Amma çox vaxt görürük ki, banklar kredit verərkən girovun satılaraq kreditin ödənilməsinə ümid bağlayır. Bu da bank sistemini lombarda çevirir".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286