DÜNYA

Ən çox saxta avro hansı ölkədədir?
13 İYUL
201

Ən çox saxta avro hansı ölkədədir?

2017-07-13 10:01:00

Avro zonasında bütün saxta banknotların üçdə biri məhz Fransada dövriyyədən çıxarılır. Fins.az-ın verdiyi xəbərə görə, Fransanın Milli Polisinin Saxta Pullar ilə Mübarizə İdarəsi bu göstəricini avrozona ölkələləri arasında ən yüksək olduğunu açıqlayıb.

2015-2016-cı illərdə saxta banknotların dövriyyəsinin 34%-i Fransanın payına düşüb. Ən çox saxtalaşdırılan əskinaslar 20 və 50 avrodur. Polisin hesabatına görə, onlar ələ keçirilən saxta pulların 87%-nı təşkil edir.

Ümumiyyətlə, Fransada bu müddət ərzində saxta pulların həcmində 35%, Avropada isə dörddə bir dəfə azalma müşahidə olunur.

“Bu tendensiya 2017-ci ildə də davam edəcək. Xüsusilə, bu dövriyyəyə yeni, daha yüksək təhlükəsizlik səviyyəsində buraxılan 50 avronun hesabına baş tutacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289