DÜNYA

Londonda qızıl üçün yeni birja açıldı
12 İYUL
207

Londonda qızıl üçün yeni birja açıldı

2017-07-12 17:11:00

İyul ayının 10-dan Londonda “LMEprecious” adlı yeni birja fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə, yeni birjanın xüsusiyyəti ondadır ki, burada spot müqavilələr (dərhal çatdırılma) üzrə və yaxud fyuçers şəklində (təxirə salınmış çatdırılma) qızıl və gümüşlə ticarət aparılacaq.

Qeyd edək ki, son illər Londonun qızıl bazarı proseslərin şəffaf olmamasına görə tənqid edilirdi. Qiymətli metallar üzrə müqavilələr əsasən birjada deyil, birbaşa Londonun qızıl bazarının iştirakçıları arasında baş tuturdu. İndi isə yeni birjanın sayəsində vəziyyətin dəyişəcəyinə ümüdlər var.

Lakin yeni birjanın startı analitikləri məyus etdi. Onların bir çoxu hesab edir ki, qızıl və ələxsus gümüş  fyuçersləri ilə ticarət yanlış zamanda başlayıb. İndi bu metallarin qiyməti kəskin ucuzlaşıb. Birja COMEX-də gümüş  fyuçerslərini  1 unsiyası üçün 16.18 dollardan 14.86 dollaradək salan “qəfil ucuzlaşmadan” (“flash crash”) bir neçə gün sonra açılıb. Baxmayaraq ki, gümüşün qiyməti tez bir zamanda bərpa edildi, “LMEprecious”-da ticarət xəyal qırıqlığı ilə başladı.

Financial Times-ın məlumatına görə, yeni fyuçers əqdləri ilə ticarət cüzi həcmlərdən başlayıb. İyulun 10-nu qızılın cəmi 41.5 min troy unsiyası, gümüşün 15 min troy unsiyası satılıb. Bu may ayında qeyri-birjada olan gündəlik orta göstəricilərdən dəfələrlə aşağıdır. Belə ki, həmin metallar üzrə birjadan kənar satışların həcmi 20.8 milyon qızıl unsiyası və 265.7 milyon gümüş unsiyası olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289