Kriptovalyutalarla spekulyasiyada risk varmı?
Əslində yumşaq pul siyasəti rəqəmsal valyutalar ilə (bitkoin daxil olmaqla) spekulyasiyaya töhfəsini verə bilərdi. Fins.az-ın verdiyi xəbərə görə, bu haqda “BlackRock” şirkətinin baş strateqi Riçard Ternill söyləyib.
“Qrafiklərə baxıram və onlar olduqca qorxunc görünür. Bitkoin il ərzində 264% bahalaşıb. Lakin iyun ayında 3 min dollar səviyyəsinə çatdıqdan sonra 20% ucuzlaşıb – 2 366 dollaradək.
Lakin Riçard Ternill hesab edir ki, belə bir dinamika ilə maliyyə sisteminə risklər yaratmaq imkanı məhduddur:
“Əgər sabah kotirovkalar 0-dək ensə belə maliyyə bazarlarına daha geniş təsir göstərəcəyinə heç bir dəlil yoxdur”.
O, məsləhət görür ki, son illərdə bahalaşmaya baxmayaraq investorlar səhmlərə yatırım etsinlər.