DÜNYA

Türkiyə Prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək
12 İYUL
338

Türkiyə Prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək

2017-07-12 11:32:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin də təmsil olunacağı 350 nəhəng şirkətin rəhbəri ilə görüşəcək.

“R.T.Ərdoğan 15 iyulun ildönümündə dünyanın və Türkiyənin qabaqcıl şirkət rəhbərləri ilə görüşəcək. Türkiyə Prezidenti ümumilikdə 4 trln. dolları idarə edən qlobal şirkətlərin rəhbərlərinə 15 iyul dövlət çevrilişinə cəhddən sonra baş verənləri danışaraq “Türkiyə güvənilən ünvandır, gəlin, sərmayələrinizi yatırın” mesajını verəcək”, - deyə məlumatda qeyd olunub.

“Beynəlxalq İş dünyası toplantı”sında SOCAR, “Bank of China”, “Bauhaus”, “Benetton”, “Chine Energy”, “Coca Cola”, “Facebook”, “General Electric”, “Google”, “Hewlett Packard”, IBM, “Koç”, “Mercedes”, “Motorola”, “Microsoft”, “Nike”, “Pepsi”, “Cisco”, “Siemens”, “Toyota”, “Vodafone” və digər şirkətlərin rəhbərlərinin yer alacağı gözlənilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285