DÜNYA

ABŞ neft hasilatında bəzi OPEC ölkələrini qabaqlayacaq
12 İYUL
239

ABŞ neft hasilatında bəzi OPEC ölkələrini qabaqlayacaq

2017-07-12 11:04:00

 Yaxın 3 il ərzində ABŞ-ın neft ixracı 2016-cı il səviyyəsini 4 dəfə üstələyəcək və bir sıra OPEC üzvü olan ölkələrdən daha çox olacaq. Fİns.az xəbər verir ki, belə bir proqnoz "PIRA Energy" konsaltinq şirkəti tərəfindən verilib. 

Şirkətin hesabatında bildirilir ki, 2020-ci ilə ABŞ 2,25 mln. barel/gün neft ixrac edərək Küveyt və Nigeriya kimi önəmli OPEC üzvlərini geridə qoyacaq. Müqayisə üçün bildirək ki, ABŞ 2016-cı ildə orta hesabla 520 min barel/gün, Küveyt 2,1 mln. barel/gün, Nigeriya isə 1,7 mln. barel/gün neft ixrac edib.

"PIRA Energy"nin iqtisadçısı Qari Ros (Gary Ross) hesab edir ki, ABŞ yaxın 3 ildə əsas neft ixracatçısı olan ölkələrin ilk onluğuna daxil olacaq. Q.Ros bildirib ki, ixracın əsas hissəsi Meksika körfəzindəki Texasın Korpus-Kristi (Corpus-Christy) limanından həyata keçirilir. Limanın icraçı direktoru Con LyaRu (John LaRue) qeyd edib ki, "neft ixracı inanılmaz sürətlə artır və yaxın zamanlarda ixracı gündəlik 1 mln. barelə çatdıracağımızı düşünürəm".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285