DÜNYA

Qazaxıstan dövləti banklara 1,5 mlrd. dollarlıq dəstək verəcək
11 İYUL
257

Qazaxıstan dövləti banklara 1,5 mlrd. dollarlıq dəstək verəcək

2017-07-11 17:18:00

Qazaxıstan bankları dövlətdən 500 mlrd. təngə (1,5 mlrd. dollar) məbləğində dəstək alacaq. Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının sədrinin müavini Oleq Smolyakov bildirib.

Onun sözlərinə görə, banklar cari ilin avqust-sentyabr aylarından etibarən dövlət dəstəyindən yararlana biləcəklər.

Sədr müavini bildirib ki, dövlət dəstəyi bütün banklara şamil olunmayacaq: "Bütün banklar iştirak edə bilməyəcək. Əsa parametrlərdən biri 45 mlrd. təngə məbləğində kapitalın olmasıdır. Biz fərdi qaydada bütün sifarişləri nəzərdən keçirəcəyik. Dövlət dəstəyi 15 ili əhatə edir. Lakin əsas dövr kimi ilk 5 il götürülüb".

Qazaxıstanın Milli Bankı bu il 33 bankda stress-test keçirib. Tənzimləyicinin məlumatına əsasən, 2017-ci ilin iyunun 1-nə problemli kreditlərin ümumi portfeldə çəkisi 11%-dir. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289