DÜNYA

"Barclays" neftin qiyməti üzrə proqnozunu 30 dollar azaltdı
11 İYUL
253

"Barclays" neftin qiyməti üzrə proqnozunu 30 dollar azaltdı

2017-07-11 15:07:00

Dünya birjalarında neft ucuzlaşmaqdadır.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,56% azalaraq 44,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28 dollar və ya 0,60% azalaraq 46,60 dollar olub.

Neftin ucuzlaşmasına səbəb bazarda təklifin artmasıdır. "Goldman Sachs" investisiya bankının analitikləri Demyen Kurvalin və Ceffri Karri hesab edirlər ki, OPEC hasilatın azaldılmasına dair əlavə addımlar atmazsa, neftin qiyməti 40 dollardan aşağı da enə bilər.

"Barclays" bankı isə Brent markalı neftin 2020-ci il üzrə qiymətinə dair proqnozunu 82 dollardan 52 dollara endirib. Bununla yanaşı, bankirlər 2021-2025-ci illər ərzində neft bazarında tarazlığın bərpa olunacağını gözləyir. Proqnoza əsasən, qeyd edilən dövrün sonuna Brent markalı neftin qiyməti 70 dollaradək yüksələcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289