DÜNYA

“Botaş” və “Qazprom” “Türk axını”na dair razılaşdılar
11 İYUL
229

“Botaş” və “Qazprom” “Türk axını”na dair razılaşdılar

2017-07-11 09:25:00

Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətləri “Türk axını” qaz kəmərinin maliyyələşdirilməsinə dair razılığa gəliblər.

Fins.az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə “Botaş” şirkətinin baş direktoru Burhan Özcan bildirib.

“Biz artıq “Qazprom”la razılıq əldə etmişik. Lakin hələ ki, mən faizlər ilə bağlı konkret rəqəmləri açıqlaya bilmərəm”, deyə B.Özcan qeyd edib. Onun sözlərinə görə, “Türk axını” boru layihəsinin ikinci xəttinə dair  proses müsbət surətdə davam edir.

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi 2016-cı il, oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.   

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285