DÜNYA

Bu ölkə OPEC anlaşmasından yumşaq çıxışı dəstəkləyir
10 İYUL
194

Bu ölkə OPEC anlaşmasından yumşaq çıxışı dəstəkləyir

2017-07-10 10:59:00

Qazaxıstan OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmadan yumşaq şəkildə ayrılmaq qərarını dəstəkləyib. Fins.az xəbər verir ki, bu barədə açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib. Nazir bildirib ki, ölkəsi yaxın 1-2 ay ərzində hasilatı artırmağı planlaşdırır.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın energetika naziri A.Novak da ölkəsinin adıçəkilən anlaşmadan yumşaq şəkildə ayrılması fikrini açıqlayıb. Rusiyalı nazir iyulun 24-də Sankt-Peterburqda keçiriləcək OPEC ölkələri Nazirlər Komitəsinin iclasında bu məsələnin müzakirə ediləcəyini bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292