DÜNYA

Rusiyada bankların bağlanması davam edir
10 İYUL
408

Rusiyada bankların bağlanması davam edir

2017-07-10 10:41:00

Bu gün səhər Rusiyanın Mərkəzi Bankı “Bank Rossii” “Premyer Kredit” adlı bankın lisenziyasını geri çağırıb. Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, maliyyə təşkilatı ölkənin bank sistemində 369-cu yer tuturdu.

Məlumata görə, banka müvəqqəti rəhbərlik təyin edilib.

Qeyd edək ki, cümə günü “Bank Rossii” daha bir bankın lisenziyasını ləvğ edib. Söhbət “Legion” bankından gedir.

Aktivlərin həcmi baxımından bu kredit təşkilatı 01.06.2017-ci il üçün Rusiyanın bank sistemində 157-ci yer tuturdu.

Bu qərara səbəb onunla bağlıdır ki, bankın kapital əmsalları 2%-dən aşağı düşüb, yəni dövlət qeydiyyatına alınan günün nizamnəmə kapitalının minimum dəyərindən aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285