DÜNYA

İlin sonunadək FED uçot dərəcəsini artırmayacaq – "PIMCO"
10 İYUL
263

İlin sonunadək FED uçot dərəcəsini artırmayacaq – "PIMCO"

2017-07-10 10:20:00

ABŞ-ın PIMCO (Pacific Investment Management Company) investisiya şirkəti hesab edir ki, bu ilin sonunadək Federal Ehtiyat Sistem (Federal Reserve System, FED) uçot dərəcəsini artırmayacaq. Fins.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə açıqlamasında PIMCO-nun iqtisadçısı Yoahim Fels (Joachim Fels) bildirib.

Onun sözlərinə görə, ilin sonunadək ABŞ-da inflyasiya hədəflənən 2% səviyyəsinə çatmayacaq: "İnflyasiya ilin əvvəlindən hədəflənən səviyyədən aşağı olub. Hesab edirik ki, ilin sonunadək inflyasiya 2%-dən aşağı olacaq. Bu amil 2017-ci ildə 3 dəfə uçot dərəcəsini artırmaq istəyən FED-i fikrindən daşındıracaq. Başqa sözlə, FED bundan sonra ilin sonunadək uçot dərəcəsini artırmayacaq".

Xatırladaq ki, FED iyun ayında uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%-dək artırıb. Bu, cari il ərzində ikinci faiz artımı idi. Belə ki, martın 15-də tənzimləyici uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.

© APA

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288