DÜNYA

Fransa dizel və benzin mühərrikli avtomobilləri satışdan çıxarılacaq
07 İYUL
559

Fransa dizel və benzin mühərrikli avtomobilləri satışdan çıxarılacaq

2017-07-07 15:00:00

Fransanın dövlət və ekologiya naziri Nikolas Hulot havanın çirkləndirilməsi səbəbindən 2040-cı ilədək dizel yanacağı və benzinlə işləyən avtomobillərin satışının dayandırılacağını bildirib.

Fins.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nazir dizel yanacağı və benzinlə işləyən avtomobilləri elektrik və hibrid mühərriklərlə təchiz olunan maşınların əvəz edəcəyini deyib.

Qeyd edək ki, 2016-cı il dekabrın 1-də Parisdə hava çirkliliyi son 10 ilin ən yüksək səviyyəsinə çatmışdı.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286