DÜNYA

Bitkoin kəskin bahalaşacaq – PROQNOZ
06 İYUL
533

Bitkoin kəskin bahalaşacaq – PROQNOZ

2017-07-06 17:54:00

 İnvestisiya şirkətlərinin proqnozlarına görə, bitkoinin qiyməti əvvəlcə 1 800 dollara düşəcək, daha sonra isə 5 000 dollara qədər yüksələcək. Fins.az xəbər verir ki, hazırda birjalarda 2 600 dollara satına bitkoini yaxın günlərdə ciddi dalğalanma gözləyir. Son bir il ərzində qiyməti 290% yüksələn bitkoin investorların ən çox rəğbət göstərdiyi maliyyə aktivinə çevrilib.

ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının analitiklərinin fikrincə, bitkoin əvvəlcə 1 857 dollara düşdükdən sonra 3 212-3 915 dollar diapazonuna qədər yüksələcək. "Standpoint Research" araşdırma şirkəti isə bitkoinin 5 000 dollara qədər yüksələcəyini ehtimal edir. Dünyada cəmi 21 mln. ədəd olan bitkoinə tələb artdıqca, qiyməti kəskin dəyişir. Virtual valyutanın Çində ticarətinə rəsmi icazə verilməsi ona tələbatı sərt bir şəkildə artırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286