DÜNYA

“Sberbank” pulu dron vasitəsilə göndərdi
16 İYUN
730

“Sberbank” pulu dron vasitəsilə göndərdi

2017-06-16 17:42:00

Rusiyanın aparıcı banklarından biri “Sberbank”ı ilk dəfə olaraq pilotsuz uçuş aparatı vasitəsilə təyinat məntəqəsinə nəğd pul çatdırıb. 

Fins.az RBK-ya istinadən verdiyi məlumata görə, bu gün xüsusi dron pilot layihə çərçivəsində kassa mərkəzindən inkassator avtomobilinə nəğd pulu uğurlu şəkildə çatdırıb. Hələlik çatdırılma 10 km-ə yaxın məsafəyə baş tutub. 

Çatdırılan pulun miqdarı açıqlanmır. Dron saatda 180 km sürətlə hərəkət edir. Bankın İdarə Heyəti sədrinin birinci müavini Lev Xasisin dediyinə görə, sınaqları davam edəcək. 

Qeyd edək ki, may ayında “Sberbank”ın rəhbəri German Qref pilotsuz uçuş aparatları vasitəsilə nəğd pulun çatdırılmasını test etdiklərini bildirib. G. Qref deyib ki, əgər pul konteyneri təyinat yerinə çatmasa (oğurlanarsa və ya itərsə), xüsusi proqram vasitəsilə boya buraxılır və pullar adi kağıza çevrilir. Dronun bu funksiyası məsafədən idarə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288