DÜNYA

FED faizləri daha sürətlə artıracaq - "FİTCH"
16 İYUN 2017
764

FED faizləri daha sürətlə artıracaq - "FİTCH"

2017-06-16 11:00:00

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracaq.Fins.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Agentlik bildirib ki, belə bir fikirin formalaşmasına səbəb iyunun 14-də FED rəhbəri Canet Yellenin "Uçot dərəcəsinin 2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" ifadəsi olub.

Məlumatda həmçinin, ABŞ-da son inflyasiya göstəricilərinin aşağı olmasına baxmayaraq, FED-in daha rahat şəkildə faizləri artırdığı qeyd olunub.

"Forbes" jurnalının iqtisadi təhlilçisi Bil Konerli (Bill Conerly) bildirib ki, FED öz addımlaı ilə 2019-cu il inflyasiya gözləntilərini nəzərə alır. Belə ki, iqtisadiyyatda atılan addımların təsiri bəzən 6-18 aydan sonra hiss edilir. Analitik FED üzvlərinin əbəs yerə faizləri artırmaq qərarı vermədiklərini qeyd edib. İqtisadçı diqqətlərin maaşların ümumi səviyyəsinə çevrilməsi zərurətini vurğulayıb. Maaşların artması inflyasiyanın sürətlənəcəyinə işarə edəcək.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267