DÜNYA

Çin “Emirates”ə qadağa qoyub
16 İYUN
495

Çin “Emirates”ə qadağa qoyub

2017-06-16 10:04:00

Çin Mülki Aviasiya Administrasiyası qarşıdakı 6 ayda “Emirates” şirkətinə Çində fəaliyyətini genişləndirməyi qadağan edib. Fins.az xəbər verir ki, bundan başqa, şirkət 4265 ABŞ dolları cərimə də ödəməlidir.

Administrasiyanın yaydığı məlumatda deyilir ki, buna səbəb aprel və may aylarında “Emirates”in Çin hava məkanında uçuş təhlükəsizliyi qaydalarını pozması ilə bağlı iki hadisədir. Birinci hadisə aprelin 17-də Urumçi şəhəri üzərində uçuşun ekipajın səhvi ucbatında düzgün hündürlükdə yerinə yetirilməməsi, digəri isə mayın 18-də yenə Urumçi səmasında ekipajın hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqəni itirməsidir.

Çin Mülki Aviasiya Administrasiyası hər iki insidentdə günahın “Emirates”in pilotlarında olduğuna əmindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287