DÜNYA

Londonda yenə bina yanır
16 İYUN
388

Londonda yenə bina yanır

2017-06-16 09:57:00

Londonun şərqində Şedvell rayonunda daha bir yaşayış binasında yanğın baş verib. Fins.az-ın məlumatına görə, binadakı sakinlərdən yanğınla bağlı telefon zənglərindən dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır.

Yanğın yaşayış binasının sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri məlum deyil. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, bu yanğın 2 gün öncə Londonda yaşayış binasında baş vermiş və 17 nəfərin həyatına son qoymuş dəhşətli yanğının ardınca baş verib.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287