DÜNYA

Rusiyaya qarşı sanksiyalar sərtləşdirildi
16 İYUN
312

Rusiyaya qarşı sanksiyalar sərtləşdirildi

2017-06-16 09:42:00

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və İrana qarşı təzyiqlərin artırılması barədə qanun layihəsini qəbul edib.

Fins.az-ın verdiyi məlumata görə, bununla bağlı canlı yayımı "C-SPAN" telekanalı təşkil edib.

Qanun layihəsinin lehinə 98 senator səs verib, yalnız 2 nəfər sənədin əleyhinə olub. Sənədin qəbulu üçün sadə səs çoxluğu tələb olunur.

Qanun layihəsi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ukraynanın şərqindəki münaqişə və Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı sanksiyaların qanunvericilik səviyyəsində möhkəmləndirilməsini nəzərdə tutur.

Qanun layihəsinə həmçinin Amerikanın siyasi institutlarına kiberhücumlarda şübhəli bilinən Rusiya vətəndaşlarına qarşı tətbiq edilmiş sanksiyalar da daxildir. Sənəddə eləcə də qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Konqresin razılığı olmadan sanksiyaları zəiflədə bilməz.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9997
  • ₽ RUB
    0.0296