DÜNYA

Dollar sürətlə ucuzlaşır
14 İYUN
5415

Dollar sürətlə ucuzlaşır

2017-06-14 17:23:00

 ABŞ-da bu gün, iyunun 14-də açıqlanan inflyasiya göstəriciləri dolların kəskin ucuzlaşmasına səbəb olub. 

İstehlak qiymətlərinin baza indeksi may ayında aylıq müqayisədə 0,1% artıb. Analitiklərin gözləntiləri bu göstəricinin 0,2% artacağını göstərib. İllik müqayisədə isə bu göstərici 1,9% proqnoz verildiyi halda 1,7% artıb. Yəni, artıq 3-cü aydır ABŞ-da inflyasiya 2%-i ötə bilmir. Bununla yanaşı, pərakəndə satışın baza indeksi mayda aylıq müqayisədə 0,3% azalıb. Halbuki satışın 0,2% artacağı proqnozlaşdırılırdı.

Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi kəskin azalmağa başlayıb. Belə ki, hazırda əsas valyuta cütlüyündə (avro-dollar) vahid Avropa valyutasının məzənnəsi 0,5% artaraq 1,1265 USD/EUR səviyyəsinə çatıb. FED-in hətta bu gün uçot dərəcəsini artırarsa, dollarda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır. Qısa müddət ərzində əsas valyuta cütlüyü 1,1330 USD/EUR, orta müddətdə isə 1,15 USD/EUR-a qədər bahalaşa bilər. Lakin, uzunmüddətli perspektivdə dolların möhkələnəcəyi şübhəsizdir. Bunun üçün ABŞ-da uçot dərəcəsinin 2% həddini ötməsi lazımdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285