DÜNYA

Bitkoin 100 min dollaradək bahalaşa bilər
14 İYUN
455

Bitkoin 100 min dollaradək bahalaşa bilər

2017-06-14 12:39:00

Bitkoinin məzənnəsi yeni rekordlar vurmaqda davam edir. 2017-ci ilin əvvəlində 1 bitkoin 970, may ayının sonunda 2 min dollar, iyunun 11-də isə rekord həddinə 3 min dollar səviyyəsinə çatdı. İl ərzində kriptovalyutanın məzənnəsi təqribi olaraq 5 dəfə artıb. “Coindesk” birjasının məlumatına görə, bundan başqa iyunun 11-i digər populyar kriptovalyuta efirium-un (Ethereum) məzənnəsi 300 dolları ötərək maksimuma çatıb. Lakin iyunun 13-nə bitkoin ucuzlaşaraq 2.720 min dollar. efirium isə 376 dollara bərabər olub. Ekspertlərin fikrinə görə, bitkoinin möhkəmlənməsi Asiyada  aprel ayında kriptovalyutanı leqallaşdıran Yaponiyada ticarətin həcminin artmasına görə baş verir. Bundan başqa, kriptovalyutanın yüksəlməsinin KİV-lərdə kriptovalyuta haqda informasiya bolluğunun böyük rolu olub. Proqnozlara görə İnternet-iqtisadiyyatı inkişaf etdikcə, kriptovalyutaların payı tədricən artacaq. Analitiklərin hesab edir ki, gələcək məhz bitkoinin üzərindədir.

“Saxo Bank”ın analitiki Kay Van Petersenin proqnozlarına görə, bitkoinin qiyməti 10 ildən sonra 100 min dollara çatacaq. ABŞ-ın valyita bazarında gündəlik ticarətin 10%-nı məhz kriptovalyuta tutacaq. Bitckoinin bazar kapitallaşması 1.75 trln. dollaradəkartacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285