DÜNYA

Neft ucuzlaşmağa başlayıb
14 İYUN
274

Neft ucuzlaşmağa başlayıb

2017-06-14 11:05:00

ABŞ-ın neft ehtiyatları 3-9 iyun həftəsində 2,75 mln. barel artım göstərib. Bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Analitiklər isə neft ehtiyatlarının 2,7 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 1,79 mln. barel artıb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyunun 14-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,995 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti ABŞ-da neft ehtiyatlarının artması xəbərləri ilə düşməyə başlayıb və hazırda 48 dollar/barelə yaxın qiymətə satılır. OPEC təşkilatının may ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması qərarından məmnun olmayan neft bazarı iştirakçıları indi də ABŞ-ın neft ehtiyatları və hasilatı artım xəbərləri ilə ucuzlaşmağa başlayıb. Bu səbəbdən, neft qiymətlərinin ilin sonuna qədər 45-55 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285