DÜNYA

Dollarla bağlı kritik qərar açıqlanacaq – GÖZLƏR ABŞ-DA
14 İYUN
2039

Dollarla bağlı kritik qərar açıqlanacaq – GÖZLƏR ABŞ-DA

2017-06-14 10:25:00

Son aylar investorlar tərəfindən böyük maraqla gözlənilən, Amerika Mərkəzi Bankının faiz qərarı bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaqdır və foreks bazarlarında ticarət aktivliyi daha da yüksələcəkdir. 

Maliyyə bazarlarında Amerika Bankının uçot faiz dərəcəsinin yuxarı sərhədini 1.00%-dən 1.25%-ə kimi artıracağı proqnozlaşdırılır.

Dünya birjalarında EUR/USD məzənnəsi 1.12$ ətrafında ticarət edilməkdədir və cari həftənin minimum qiyməti 1.1185$-dır. Beləliklə, qiymət yenidən bu səviyyəyə kimi ucuzlaşarsa və bu səviyyənin altında qalarsa, 1.1113$-a kimi də ucuzlaşa bilər.

Türkiyə maliyyə bazarlarında da türk lirəsinin dollara nisbətən qiyməti yenidən ucuzlaşmağa başlayıb və 3.55TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

GBP/USD məzənnəsi isə artıq bu gün səhər ucuzlaşmağa başlayıb və 1.2592$-a kimi də dəyər itirə bilər. 

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285