DÜNYA

Üç ölkə Avropa Birliyindən çıxarıla bilər
14 İYUN
500

Üç ölkə Avropa Birliyindən çıxarıla bilər

2017-06-14 09:49:00

Avropa İttifaqı (Aİ) qanunun tələblərinə rəğmən mühacir qəbul etməyən Çexiya, Macarıstan və Polşa haqqında hüquqi prosesə start verib.

Fins.az-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının açıqlamasında Çexiya, Macarıstan və Polşaya dəfələrlə bu mövzuda müraciət edildiyi xatırladılıb. Lakin bu ölkələr çağırış və müraciətlərə məhəl qoymayaraq, Aİ Şurasının qərarlarından yaranan öhdəliklərə məhəl qoymayıblar.

"Bununla bağlı Komissiya bu üç ölkə haqqında öhdəliklərin yerinə yetiriliməməsi mövzusunda hüquqi prosesin başlanmasına qərar verib", - açıqlamada bildirilir.

Bu qərarın sözügedən ölkələrin İttifaqın çıxarılmasına səbəb olub-olmayacağı prosesin gedişində bilinəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285