DÜNYA

Dollar dünya valyutalarına qarşı bahalaşıb
13 İYUN
528

Dollar dünya valyutalarına qarşı bahalaşıb

2017-06-13 15:07:00
Dollar dünya valyutalarına qarşı bu gün cuzi artım göstərir. Fins.az-ın verdiyi məlumata görə, investorlar Federal Ehtiyat Sisteminin (FED) görüşünü gözləyir.
13 iyunun səhər saatlarında dolların indeksi (dolların ABŞ  ticarət partnyorları olan 6 ölkənin valyuta səbətinə qarşı məzənnəsi) 0.07% artıb – 97.23 bənədədək. Avroya qarşı dollar 1.1193 USD/EUR-dək ucuzlaşıb, öncəki hərracın nəticəsində bu göstərici 1.1204 USD/EUR təşkil edirdi. Yenaya qarşı dolların məzənnəsi 109.97 yenədək artıb, öncəki hərracın nəticəsində isə bu göstərici 109.65 yenaya bərabər idi.
“CME Group”-un məlumatına görə, bazar bu həftə baş  tutacaq FED-in uçot dərəcəsini artıracaq ehtimalını 99.6% qiymətləndirir. Ötən həftə bu ehtimal 95.8% təxmin edilirdi.
Qeyd edək ki, may iclasının nəticələrinə görə, gözlənildiyi kimi, FED baza uçot dərəcəsini illik 07.5-1% səviyyəsində saxlayıb. Belə ki, tənzimləyici vurğulayır ki, ABŞ-ın əmək bazarı möhkəmlənir, iqtisadi fəaliyyət isə yavaşlayır. İnflasiya son 12 ayda FED-in 2%-lıq hədəfinə yaxınlaşır.
Bundan başqa, investorlar İngiltərə və Yaponiya mərkəzi bankları tərəfindən əsas faiz dərəcələri üzrə qərarları gözləyir. Analitiklərin fikrincə, tənzimləyicilər monetar siyasəti dəyişməz saxlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287