DÜNYA

Seçki sonrası funt bahalaşdı
12 İYUN
222

Seçki sonrası funt bahalaşdı

2017-06-12 15:30:00
Funt ötən həftə kəskin düşməsindən sonra stabilləşib, lakin seçkiöncəsi səviyyəsinı bərpa edə bilmir. Fins.az-ın Britaniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, günorta saatlarında  funt $1.2728 bərabərdir.
İyunun 8-i exit pool-un sorğusu nəticəsindən sonra, yəni İctimai Palatada heç bir partiya əksıriyyət yer tutmayacaq xəbərindən sonra, funtun kursu aşağı endi. Cümə günü məlumat təsdiqini tapandan sonra eniş davam etdi.
Lakin baş nazir Tereza Mey kraliçanı ziyarət etdiyi və yeni hökümət formalaşdlrmaq istəyi xəbərlərindən sonra valyuta stabilləşdi və bazar onun yeni hökümətin başında olacağı təsdiqindən sonra sabit qaldı.
Bakı vaxtı ilə saat 12.50-də funt 1.2728 dollara idi və bu göstərici seçkilərə bir gün qalmış olan 1.29 dollar səviyyəsindən hələ də aşağıdır.
Xatırladaq ki, konservatorlar parlamentdə əksəriyyət yerləri əldə edə bilməyib (326 yer və yuxarı), lakin 318 yer və 12 667 213 (ümumi sayın 42.8%-ı) səs toplayaraq hələ də ən böyük partiya hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285