DÜNYA

Türkiyə iqtisadiyyatı artıb
12 İYUN
336

Türkiyə iqtisadiyyatı artıb

2017-06-12 12:08:00

Türkiyə iqtisadiyyatı 2017-ci ilin ilk rübündə illik müqayisədə 5% artım göstərib. Bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. 

Qeyd edək ki, "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların ortaq proqnozu isə ÜDM-in 3,5% artacağını göstərib. Rüblük müqayisədə isə Türkiyə iqtisadiyyatında artım 1,4% olub və bu, 1,8%-lik ortalama proqnozdan geri qalır.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı 2016-cı ilin son rübündə illik müqayisədə 3,5% artım göstərib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287