DÜNYA

FED faiz artımına gedəcək – EHTİMAL 70%
01 MART 2017
885

FED faiz artımına gedəcək – EHTİMAL 70%

2017-03-01 10:43:00

FED rəsmilərinin "şahin tonlu" çıxışları ABŞ Mərkəzi Bankı Fed-in 14-15 Martdakı iclasında faiz artıracağı ehtimalını gücləndirib. 

Fins.az xəbər verir ki, Nyu-York Fed sədri Vilyam Dadli, Çərşənbə günü CNN International-a verdiyi müsahibədə, pul siyasətinin sərtləşdirilməsi üçün zəminin son aylarda "daha da gücləndiyini" deyib. 

Dadli, "indi risklər azalıb" deyib.

Dadlinin şərhləri, Federal Açıq Bazar Komitəsinin 14-15 (FOMC) Martda keçirəcəyi iclasda "faizin artırılmasına ciddi baxılacağını" deyən San-Fransisko Fed sədri Con Uilyamsın çıxışının ardından gəlib.

Bu iki FED rəsmisinin çıxışının ardından, Fedin Mart ayında faiz artıracağı ehtimalı 70 faizin üzərinə çıxıb. Bu ehtimal bir həftə əvvəl 34 faiz həddində idi. İndi treyderlər diqqətləri Fed sədri Janet Yellenin Cümə günü edəcəyi çıxışına çevirilib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256